Piyadanı vurub aradan çıxdı

İyunun 7-də saat 4 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndində yolun kənarında dayanmış Aşağı Yağlıvənd kənd sakini T.Ağammədov müəyyən edilməmiş avtomobillə vurulub. Bu barədə Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31