Narkotik alverçisi 6 il azadlıqdan  məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Fəqan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Olaylar"ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F. Məmmədov 6 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, F.Məmmədov 2021-ci il sentyabrın 2-də saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 4 ədəd şəffaf selafon bükümdə olan metamfetaminə oxşar psixotrop maddənin aşkarlanaraq götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması) maddəsi ilə ittiham elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31