Bakıda 15 yaşlı qız yoxa çıxdı: anası axtarır...
6 İyun 2022 16:53 KriminalBakıda yeniyetmə qız itkin düşüb.
Olaylar.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Kərimova Fatimə Dəyanət qızı iyunun 3-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası Z. Kərimova 15-ci Polis Bölməsinə müraciətində bildirib.
Yeniyetmə qızın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31