Axtarışda olan 55 nəfər saxlanıb
6 İyun 2022 12:11 KriminalRespublikanın daxili işlər orqanları tərəfindən ötən şənbə və bazar günləri ərzində törədilmiş 115 cinayətin üstü "isti izlər"lə açılıb. DİN-dən "OLaylar"a bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 2 nəfər isə xəsarət almışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilmişdir. Cinayət törətməkdə şübhəli bilinən 97 nəfər saxlanılmışdır.