Keçmiş məhkum turistin pullarını OĞURLADI
3 İyun 2022 12:08 KriminalSəbail RPİ-nin 39-cu Polis Bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Olaylar -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən saxlanılıb.
Onun Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş O.Abdullayev olduğu müəyyənləşib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31