Məşhur "qanuni oğru"nun oğulları həbs olundu

Gürcüstanın paytaxtı Tbilisidə Quku və David Kakulya qardaşları həbs olunub.

Olauylar.az-ın məlumatına görə, onlar Tbilisinin mərkəzindəki davada iki nəfəri güllələyiblər. Qardaşlar hadisə yerindən qaçsa da, azərbaycanlıların yaşadığı Ortaçala rayonundakı evlərin birində ələ keçiblər.

Onların üzərindən odlu silah götürülüb.Xatırladaq ki, Kakulya qardaşları Gürcüstanın məşhur "qanuni oğru"larından olan "Dato Tbiliski"nin övladlarıdır.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31