Bərdədə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanıldı
26 May 2022 11:05 KriminalBərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Qalib Aslanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 124 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir və məhkəmənin qərarı ilə Q.Aslanov barəsində həbs qətimkan tədbiri seçilib.
sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31