“Buna görə istefa verdim” - Əşrəf Qani

Əfqanıstan prezidenti Əşrəf Qani istefa səbəbini açıqlayıb.

Bizim.Media xəbər verir, Ə.Qani feysbuk hesabında düzgün qərar qəbul etdiyini yazıb.
"Taliban" məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim", - o bildirib.

Qeyd edək ki, bu gün radikal "Taliban" silahlıları paytaxt Kabilə  daxil olublar. Əfqanıstan prezidenti Əşrəf Qani Kabildən Tacikistana uçub və oradan Omana gedib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31