Qubada FACİƏVİ QƏZA
Avtoqəzada sürücü dünyasını dəyişib
13 Avqust 2021 13:09 KriminalQuba rayonunun Günəşli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, avqustun 11-də saat 21 radələrində Quba rayonunun Günəşli kəndi ərazisində 1-ci Nügədi kənd sakini Əmrulla Əfəndiyevin idarə etdiyi "VAZ-21214" markalı və İmişli rayon sakini Q.Səmədovun idarə etdiyi "Shacman" markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Əfəndiyev aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31