Qonşusunun pulunu mənimsədi: CİNAYƏT İŞİ AÇILDI
Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Qabil Abdulla oğlu Səfərov tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.
13 Avqust 2021 12:49 KriminalAbşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Qabil Abdulla oğlu Səfərov tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşın ərizəsi Abşeron rayon prokurorluğu tərəfindən nəzarətə götürülməklə Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31