Növbəti erməni terrorundan 31 il ötür
Bu gün erməni terrorçularının Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusu partlatmasından 31 il ötür.
10 Avqust 2021 10:26 KriminalBu gün erməni terrorçularının Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusu partlatmasından 31 il ötür.
Olaylar.az xəbər verir ki, 1990-cı ilin 10 avqustunda Tiflis-Ağdam marşrutu ilə hərəkət edən avtobusun partladılması nəticəsində 20 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.
Cinayəti törətmiş erməni terrorçuları Armen Avanesyan və Mixayil Tatevosov həbs olunub.
1992-ci ilin mayında A.Avanesyan ölüm cəzasına məhkum edilib, M.Tatevosov isə 15 il azadlıqdan məhrum edilib.
İstintaq zamanı məlum olub ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırıb, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməyiblər.
M.Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilib.