Bakıda qadın özünü binadan atdı
Bu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib
9 Avqust 2021 22:24 KriminalBu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib.
Hadisə Yavər Əliyev küçəsində yerləşən "Akkord" kompleksində qeydə alınıb.
Belə ki, 30-35 yaşlı qadın özünü binanın damından atıb. O, hadisə yerində keçinib. İlkin məlumata görə, intihar edən qadın sözügedən binanın sakini olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31