Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmayıb

Lənkəranda “COVID-19” pasportu olmayan 378 nəfər toylara buraxılmayıb

Lənkəranda "COVID-19" pasportu olmayan 378 nəfər toylara buraxılmayıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində profilaktiki tədbirlər keçiriblər.

Leyla Abdullayeva: "Sərhəd boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır"

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, tədbirlər zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarlarla bağlı məlumatlar verilib. Şadlıq saraylarında keçirilən mərasimlər zamanı toya dəvət olunan qonaqların "COVID-19" pasportları yoxlanılıb. Lənkəranda son iki gün ərzində 378 şəxs "COVID-19" pasportu olmadığına görə toy məclislərinə buraxılmayıb.

Şöbə əməkdaşları vaksinasiyadan keçməyən vətəndaşlarla profilaktiki söhbətlər apararaq mövcud qaydalara riayət etmələrinin vacibliyi çatdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31