BDU-da rektorun müşaviri və komendant bıçaqlanıb

Kimliyi tam dəqiqləşməyən şəxs universitet rektorunun Maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevi və BDU komendantını bıçaqlayıb.

DİN-dən aldığımız məlumata görə, Bakı Dövlət Universitetinin əməkdaşları Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən, həmin universitetin əməkdaşı paytaxt sakini İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31