Şəmkirdə qadını qətlə yetirən şəxsin istintağı yekunlaşıb

Aybəniz Alıyevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb

5 aprel 2021-ci ildə Şəmkir rayonu, İrmaşlı kənd sakini 1966-cı il təvəllüdlü Aybəniz Alıyevanın yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Şəmkir rayon prokurorluğundan "Olaylar"a verilən məlumata görə, araşdırmalarla zərərçəkmişin qohumu və həmkəndlisi Rəşad Tağıyev qeyd edilən tarixdə quldurluq niyyəti ilə Aybəniz Alıyevanın yaşadığı evə qanunsuz daxil olması müəyyənləşib. O, silah qismində istifadə etdiyi müxtəlif əşyalarla çoxsaylı xəsarətlər yetirərək sonuncunu xüsusi amansızlıqla qəsdən öldürüb.

Qafqaz Müsəlmanları İdarəsi dərhal ləğv olunmalıdır”- Sərdar Cəlaloğlu

Rəşad Tağıyev Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31