Ucarda ağır yol qəzası olub, xəsarət alan var

Ucar rayonunda yol qəzası baş verib

Ucar rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Təzə Şilyan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşub.

Nəticədə Ucar sakini, 53 yaşlı Talıbov Mürvət Namət oğlu müxətlif növ bədən xəsarətləri alıb.

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb, həkim nəzarətinə götürülüb. Fakt araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31