Daşkəsəndə toy yasa döndü - Qonağı öldürdülər
Daşkəsən rayonunda toy mərasimində qətl törədilib
25 İyul 2021 18:51 KriminalDaşkəsən rayonunda toy mərasimində qətl törədilib.
Hadisə bir neçə saat öncə rayonun Alaxançallı kəndində baş verib.
Kəndin köhnə və istifadə olunmayan stadionunda toy təşkil edilib.
Toyda baş verən münaqişə zamanı qonaqlardan biri - 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu bıçaqlanaraq qətlə yetirilib.
Hadisəni törədən şəxs oradan qaçıb və hazırda onun saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31