Ölkəyə qanunsuz siqaret və spirtli içki gətirilməsinin qarşısı alınıb
27 Mart 2019 13:46 KriminalQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21063" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin baxış zamanı nəqliyyat vasitəsinin salonunda və yük yerində gizlədilən 8200 ədəd "King", 800 ədəd "Kent" markalı siqaretlər, üzərində "Nemirovskaya" yazısı olan 16 ədəd 1 litrlik spirtli içkilər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31