Bərdədə iki quda eyni gündə dünyasını dəyişdi
25 Mart 2019 13:24 KriminalBərdənin Güloğlular kəndində qəribə və kədərli hadisə baş verib. BAKU.WS Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, iki quda bir gündə vəfat edib. Ağdərə rayonunun Sırxavənd kəndindən məcburi köçkün düşərək Bərdə rayonunun Güloğlular kəndində məskunlaşmış Tapdıq Cəfərovun dəfnindən qayıdan kənd sakinləri daha bir ölüm hadisəsinə şahid olublar. Belə ki, Tapdıq Cəfərovun dəfnindən qayıdan qudası Baloğlan kişi ehsan süfrəsi arxasındaca dünyasını dəyişib. İlkin məlumata görə, Baloğlan kişi şəkər xəstəliyindən əziyyət çəkirmiş. Onun qəfil ölümünə də bu xəstəliyin səbəb olduğu güman edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31