Azərbaycanlı dünya çempionunun qardaşı dəhşətli qəza törətdi - ÖLƏNLƏR VAR - FOTO

Ukraynada yaşayan azərbaycanlı boksçu, yeniyetmələr arasında dünya və olimpiya çempionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyev dəhşətli yol qəzasına düşüb.

Şamil Hacıyev Odessa şəhərində idarə etdiyi "BMW" markalı avtomobillə ağır qəza törədib. Yolun kənarındakı digər avtomobillərə çırpılan "BMW" daha sonra yanmağa başlayıb.

Hadisə nəticəsində 22 yaşlı sürücü Şamil Hacıyev ilə qadın sərnişini vəfat edib.

Bildirilir ki, qəzaya yüksək sürət səbəb olub.

Araşdırma aparılır.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31