ATV-nin aparıcısının evi soyuldu: 37 minlik ziyan

ATV-nin "İdman Xəbərləri" verilişinin aparıcısı Vüsal Qurbanovun evindən oğurluq olub.

"ATV Xəbər"in məlumatına görə, hadisə martın 22-də baş verib.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul oğurlanıb.

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb. Araşdırma davam edir.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31