Tovuzda mağazaya girən oğru kameralara düşdü - VİDEO
19 Mart 2019 18:58 KriminalHadisə barədə polisə də məlumat verilib.
Tovuzda tikinti materialları mağazasına girən oğru kameralara düşüb.
Hadisə martın 18-i gecə Tovuz rayonu, Qovlar qəsəbəsində qeydə alınıb. Nofəl Qurbanova məxsus inşaat materialları mağazasına pəncərəni sındırmaq yolu ilə daxil olan oğru oradan pul tapa bilmədiyi üçün mağazanı tərk edib.
Oğru mağazada quraşdırılmış təhlükəsizlik kameralarına düşüb.
Mağaza sahibi həmin görüntüləri ONA-ya təqdim edib.
Hadisə barədə polisə də məlumat verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir. (ona.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31