Yeniyetmə qızı döyən şəxs yaxalanıb

Bakıda yeniyetmə qızı döyən Ağstafa sakini saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də Bakı şəhər sakini olan bir yeniyetmə qızı döyməkdə şübhəli bilinən Ağstafa rayon sakini R.Xaşalov saxlanılıb.Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-də daha bir qadının mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31