Azərbaycana gətirilən "Gelandewagen" 1 saat sonra yararsız hala düşdü
19 Mart 2019 11:19 KriminalŞəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Bakı-Qazax magistralının 393-cü kilometrliyində - yolun paytaxta doğru olan hərəkət istiqamətində KT 875 TR transit nömrəli "Mercedes Galendevagen" ilə 05 BE 755 dövlət qeydiyyat nişanlı "Mitsubishi Pajero" toqquşub.
Nəticədə avtomobillərdə olan 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya uğrayan "Mercedes Galendevagen" Gürcüstandan yenicə Azərbaycana gətirilibmiş və sərhədi keçdikdən bir saat sonra qəzaya uğrayaraq yararsız vəziyyətə düşüb.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31