“Narkotacir”dən “TT” markalı tapança aşkar edilib

Oğurluq etməkdə şübhəli bilinərək saxlanılmış Bakı şəhər sakinindən  narkotik vasitələr və "TT" markalı tapança də aşkar edilərək götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Babayev "Mercedes" markalı avtomobilindən mobil telefonunun oğurlandığını bildirib. Müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin də aşkar edilib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin silah gizlətməsi də müəyyən edilib. Onun Əhmədli qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətdiyi "TT" markalı tapança aşkar edilərək götürülüb.   Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31