Masallı sakinindən narkotik vasitə və süngü bıçaq götürülüb
18 Mart 2019 15:49 KriminalMasallı şəhər sakinindən narkotik vasitə və soyuq silah götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında əvvəllər məhkum olunmuş V.Yusifovun şəhər ərazisindəki yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1,5 kiloqrama yaxın tiryək, həmçinin heroin, metadon, metamfetamin və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31