Metronun qarşısında ağır qəza - Ər, arvad və 2 yaşlı uşaq xəstəxanalıq oldu
14 Mart 2019 17:25 KriminalBakıda ağır yol qəzası baş verib.
Binəqədi rayonu Cavadxan küçəsində - metronun "Nəsimi" stansiyasının yaxınlığında "Mercedes" markalı minik avtomobili taksi kimi fəaliyyət göstərən digər maşın toqquşub.
Nəticədə "Mercedes"in 33 yaşlı sürücüsü, onun 27 yaşlı həyat yoldaşı və 2 yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31