10 mənzilin su sayğacını oğurlayan narkoman çıxdı
14 Mart 2019 15:37 KriminalNarkotik vasitə ilə tutulmuş şəxsin digər cinayət əməlləri aşkar edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş E.Fətullayevin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il oktyabrın 11-dən cari il martın 11-dək olan müddətdə rayon ərazisindəki 10 mənzilin su sayğaclarını oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31