Tərtərdə 3 otaqlı evdə partlayış baş verib
14 Mart 2019 13:17 KriminalTərtər rayonunda ümumi sahəsi 160 m² olan birmərtəbəli üçotaqlı evin mətbəxində partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, partlayış dalğasının təsirindən mətbəxdə 2 ədəd pəncərə çərçivəsi dağılıb. Yanğın hadisəsi baş verməyib. Hadisə zamanı 1 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31