Azyaşlılara siqaret satanlar cərimələniblər

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələniblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Belə ki, martın 12-də Nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.Bu istiqamətdə reydlər davam etdirilir.

İlham Əliyevin hər bir vətəndaşa, hər bir sahəyə diqqət və qayğısının daha bir nümunəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31