Maşını cərimə meydançasına aparılan şəxs intihara cəhd etdi
13 Mart 2019 12:52 KriminalHadisə paytaxtın Binə qəsəbəsi ərazisində qeydə alınıb.
"Binə" körpüsünə çıxan 35-40 yaşlarında kişi özünü atmaq istəyib.
Hadisə yerinə gələn polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib.
İntihara cəhdin qarşısı alınıb.
İlkin məlumata görə, vətəndaş avtomobilinin cərimə meydançasına aparılmasına etiraz olaraq bu addımı atıb.
Faktla bağlı araşdırma aparılır.(ona.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31