Daha bir avtobus qəzası: Yaralananlar var
12 Mart 2019 23:47 KriminalSabunçu rayonunda avtobus və minik avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.
ONA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
"107" nömrəli sərnişin avtobusu hərəkətdə olan zaman "BMW" markalı avtomobil onun arxa hissəsinə çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin və sürücü xəsarət alıb.
Hazırda hadisənin dəqiq təfərrüatları araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31