Nardaranda əməliyyat – Evdən heroin, xəncər və balta müsadirə edilib
12 Mart 2019 15:56 KriminalSabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.İmanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 4 qrama yaxın tiryək aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri onun evindən əlavə olaraq 1,7 kiloqramdan artıq heroin, habelə 6 ədəd xəncər və kustar üsulla hazırlanmış balta aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31