Bərdə mal bazarının yaxınlığında yanğın - FOTOLAR

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Buəhmədli kəndi ərazisindəki mal bazarı yaxınlığında qeydə alınıb.

Belə ki, bir hektardan çox ərazini əhatə edən yanğında, əsasən, quru otlaq sahələri və kol-kos yanıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon yanğından mühafizə hissəsinin 6 texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır. (report)ğ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31