Qadının pul və qızıllarını ələ keçirən dələduz tutulub
11 Mart 2019 13:40 KriminalSumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadının 6000 manat və 2700 ABŞ dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb. DİN-dən "Oaylar"a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il may ayının 25-də Corat qəsəbə sakini olan daha bir qadını aldadıb 3500 manatını alması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31