Cəlilabadda KÜTLƏVİ DAVA : ata və oğul xəstəxanalıq oldu
10 Mart 2019 09:34 KriminalCəlilabad rayonunun Günəşli kəndində kütləvi dava zamanı 3 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, hələlik məlum olmayan səbəblərdən tanışlar arasında yaranan mübahisə, sonradan davaya çevrilib.
Hadisə nəticəsində 3 nəfər kənd sakini - 1948-ci il təvəllüdlü Miriyev Mehmanağa Miri oğlu, onun oğlu 1991-ci il təvəllüdlü Miriyev Mirvahid Mehmanağa oğlu və 1982-ci il təvəllüdlü Əhmədov Ceyhun Nadir oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya müraciət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31