Keçmiş məhkumda tapança götürülüb

Üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Cəfərzadə saxlanılmışdır. Ondan kustar üsulla hazırlanmış "Revolver" tipli tapanca və həmin silaha aid 2 patron aşkar edilərək götürülmüşdür. Faktla bağlı cinayət işi başlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31