Oğurluqda şübhəli bilinən Gəncə sakini tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki gözəllik salonlarının birindən 800 manat oğurlamaqda şübhəli bilinən Gəncə sakini, əvvəllər məhkum olunmuş R.İbişov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31