25 qoyun, 9 keçi oğurlayanlar ələ keçiblər
7 Mart 2019 15:08 KriminalXırdabaş heyvanları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Kürdəmir RPŞ və Ağsu RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-nə keçən gecə Kürdəmir rayonunun Pirili kəndindəki evlərin birinin həyətindən 23 baş qoyun və 9 baş keçini oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakinləri Ş.Mehdiyev və V.Vahidov saxlanılmışlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31