Övladının tələbə olması üçün 20 min dollar verdi - BAKIDA ŞOK FIRILDAQ
7 Mart 2019 14:34 KriminalBakıda dələduzluqla üzləşmiş şəxs hüquq-mühafizə orqanlarına müraciət edib.
Bakı şəhər Prokurorluğuna müraciət edən 1976-cı il təvəllüdlü Həşimov Sahib Əli oğlu tanışlarının onu aldadaraq 20 min dollar pulunu aldığını bildirib.
S.Həşomovun sözlərinə görə, Zərbalı və Fərid adlı şəxslər onun övladını Türkiyədə universitetə qəbul etdirəcəklərinə söz veriblər və bu məqsədlə 20 min dollar alıblar. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyərək pulu mənimsəyiblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31