Qarajdan oğurlanmış avtomobil ehtiyat hissələri çıxdı
6 Mart 2019 17:38 KriminalOğurluq etdiyinə görə tutulmuş şəxsin digər əməlləri müəyyən edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Namiq İmanovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki qarajların birindən 17760 manat dəyərində avtomobil üçün ehtiyat hissələri oğurlaması da müəyyən edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31