Avtomobildə gizlədilmiş spirtli içki və dərman preparatları aşkarlanıb
6 Mart 2019 17:31 KriminalQərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı, nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 16 ədəd üzərində "Nemirovskaya" yazısı olan spirtli içki və 2900 ədəd üzərində "Afrika şiri" yazısı olan dərman preparatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31