Azərbaycanda ana və qızının öldüyü qəza ANININ VİDEOSU - Tükləriniz BİZ-BİZ OLACAQ

Xəbər verdiyimiz kimi, martın 3-də Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.

Ana və qızının ölümü ilə nəticələnən qəza anının görüntülərini əldə edilib.

Videodan da görünür ki, yolu keçməyə çalışan piyadalar - 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərli sürücü Rəşad Cavadov tərəfindən vurulublar və hadisə yerində keçiniblər.

Bakı-Qazax avtomobil yolunda baş verən qəzaya görə "Hyundai Accent"in sürücüsü Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

publika

Komitə sədri vətəndaşları qəbul edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31