70 yaşlı kişi dəm qazından boğularaq ölüb

İsmayıllıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Olaylar" ona.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 18:30 radələrində İsmayıllı şəhəri, Nizami Səmədov küçəsi 40 ünvanında qeydə alınıb. Həmin ünvanda tək yaşayan, 1949-cu il təvəllüdlü Hüseynov Hüseyn Məhəmməd oğlunun meyiti yaşadığı evin hamam otağında tapılıb.

Onun dəm qazından boğularaq öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31