Xaçmazda beşmərtəbəli binada ynğın olub

Xaçmaz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar2a verilən məlumata görə, nəticədə binanın ikinci mərtəbəsində ümumi sahəsi 80 m² olan 4 otaqlı mənzilin mətbəxində 1 ədəd məişət avadanlığı və 1 m² sahədə mebel yanıb, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 9 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31