Xəzər rayonunda birmərtəbəli ev yanıb

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a bildirilib ki, nəticədə evin  yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31