Avtomobildə narkotik vasitə aşkarlanıb
5 Mart 2019 16:47 KriminalGürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan həmin ölkə vətəndaşının idarə etdiyi "Honda" markalı minik avtomobili saxlanılıb və sahibi şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, bu zaman o, üzərində və ona məxsus avtomobildə qanunla qadağan olunan hər hansı bir predmetin olmadığını bildirib. Bundan sonra nəqliyyat vasitəsinə Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə baxış keçirilib. Yoxlama zamanı minik maşınının ön oturacaqlarının arasındakı sandıqçada gömrük orqanına bəyan olunmayan bir ədəd kağız bükülüdə 0.8 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31