Yanan mənzildə ev sahibinin meyiti tapılıb
5 Mart 2019 16:06 KriminalGöyçay rayonunun Xaqani küçəsində yaşayan B.Niftəliyevin evində yanğın baş verib. DİN-dən "Olaylar"a bildirilib ki, martın 4-də saat 3 radələrində Göyçay rayonunun Xaqani küçəsində yaşayan B.Niftəliyevin evində yanğın baş vermişdir. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanmışdır. Yanğın söndürüldükdən sonra B.Niftəliyevin yanmış meyiti tapılıb, həmin evdə yaşayan qohumu R.Niftəliyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31