“VAZ-2106” piyadanı vurub öldürüb

Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 4-də saat 19 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində Ağdam rayon sakini C.Allahverdiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən qəsəbə sakini S.Əsədovanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31