Paytaxtda soyğunçu saxlanıb
5 Mart 2019 16:04 KriminalSoyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, martın 3-də Nəsimi rayonu ərazisində naməlum şəxslər Bakı şəhər sakini T.Məmmədbəylinin mobil telefonunu soyğunçuluq yolu ilə ondan almışlar. 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini G.Məcidov saxlanılıb. Əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31